DTK və MTN-in keçmiş agenti (keçmiş Milli təhlükəsizlik naziri Namiq Abbasovun dövründən iş stajı olan agent), Ayaz Mütəllibovun Moskvada mühacirətdəki mətbuat katibi Teylor İbrahimov (Fətişoğlu) Ağdamda həbs olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə virtualaz.org məlumat yayıb. Saytın yazdığına görə, Teylor Fətişoğlu Bakıda Ağdam Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və Xətai RPŞ-yə təhvil verilib.
Teylor Fətişoğlu iri məbləğdə dələduzluqda ittiham olunur. Fırıldaqçının toruna 20-dən çox vətəndaş düşüb ki, onlara 100 min manatdan artıq ziyan vurulub. MTN agentinin barəsində AR CM-nin 178-ci maddəsi üzrə cinayət işi başlanıb.
2000-ci illərin əvvəllərində T.Fətişoğlu Moskvada mühacirətdə olan A.Mütəllibovun tərəfdarlarının sırasında, digər agentlərlə birlikdə MTN sıralarına daxil edilib.