Daha bir millət vəkilinə ağır itki
18.11.2015 610 0.0 0

Milli Məclisin deputatına ağır itki baş verib. Millət vəkili Əli Məsimlinin qardaşı dünyasını dəyişib.

Deputat Əli Məsimlinin Verdiyi məlumata görə, 1940-cı ildə anadan olan 75 yaşlı qardaşı Telman Məsimli insultdan keçinib. "Qardaşım bundan əvvəl də iki dəfə insult keçirmişdi. Bu dəfə də həkimlər bildirmişlər ki, qarşıdakı bir həftə onun üçün təhlükəli olacaq. Əgər həmin həftəni sağ başa vura bilsə hər şey yaxşı olacaq". 

Millət vəkili qardaşının Rəsulzadə qəsəbəsindəki Məlikov xəstəxanasına yerləşdirildiyini, orad da dünyasını dəyişdiyini deyib. 

"Xəstəxanada olarkən Telmanın şüuru açıq idi, o deyilənlərə reaksiya verirdi. Ancaq həkimlərin də dediyi kimi, bu üçüncü hal olduğu üçün orqanizmi tab gətirə bilmədi. Onu Binəqədi qəbristanlığında həyat yoldaşının yanında dəfn etdik. Qardaşımın 3 uşağı var." 

 


Əli Məsimli- Millət vəkili


Bir həftə əvvəl də millət vəkillərindən birinə ağır itki baş vermişdi. Deputat Hüseynbala Mirələmovun qardaşı Əlirza Mirələmov dünyasını dəyişmişdı.

Əlirza Mirələmov 23 sentyabr 2014-cü ildə məhkəmə prosesi başa çatan və ömürlük həbs cəzasına məhkum edilən Rəşad Mirələmovun atasıdır. 

Rəşad Mirələmovun törətdiyi cinayətlə bağlı baş prokurorluq 29 mart 2013-cü ildə məlumat yaymışdı. Baş Prokurorluğun mətbuat xidmətinin hadisə ilə bağlı yaydığı məlumata görə, 17 iyul 2012-ci il tarixdə paytaxtın Səbail rayonu ərazisində fəaliyyət göstərən “1001 gecə” istirahət mərkəzində ölümlə nəticələnən insident baş verib. 

İstintaq zamanı Rəşad Mirələmovun “Makarov” markalı tapança ilə Ramal Bayramovu qəsdən öldürməsi, Səməd Mənsimov, Elmar Süleymanov və qeyrilərini qəsdən öldürməyə cəhd etməsi müəyyən olunub. O, Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.10, 120.2.11, 29, 120.2.7 (qəsdən adam öldürmə), 182.2.3, 182.2.4, 182.3.2, 182.3.3 (hədə-qorxu ilə tələb etmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilib.

Əlirza Mirələmovun oğlu Rəşad Mirələmov hazırda həbsdədir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar