Daha bir KXDR hərbçisi Cənubi Koreyaya qaçıb
21.12.2017 804 0
Daha bir KXDR hərbçisi sərhədi aşaraq Cənubi Koreya ərazisinə keçib.
Məlumata görə, bu barədə “Rönhap” agentliyi Cənubi Koreya Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinə istinadən məlumat verib.
Məlumata əsasən, yerli vaxtla saat 08:04-də Şimali Koreya ordusunun əsgəri dumanlı hava şəraitindən istifadə edərək Cənubi Koreyanın nəzarət-keçid məntəqəsinə maneəsiz keçib.
Qeyd edək ki, noyabrda KXDR hərbçisi Cənubi Koreya ərazisində keçib. KXDR sərhədçiləri tərəfindən atəşə tutulan əsgər yaralanaraq xəstəxanaya çatdırılıb./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər