Əlavə müsabiqənin nəticələrinə əsasən 1298 tələbə ödənişsiz təhsil almaq hüququ əldə etmişdir
Qazeta.info DİM-in məlumatına əsasən bildirir ki, 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalmışdır. Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələrin arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilmişdir.
Əlavə müsabiqənin nəticələrinə əsasən 1298 tələbə ödənişsiz təhsil almaq hüququ əldə etmişdir və onların siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilmişdir.
Ödənişli əsaslarla qəbul olunmuş və əlavə müsabiqə nəticəsində dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanmış abituriyentlərin saylarının ali təhsil müəssisələri üzrə paylanması haqda siyahı ilə bu link vasitəsilə tanış ola bilərsiniz.