Dağlıq Qarabağda partlayış- Britaniya təşkilatının 3 əməkdaşı öldü
29.03.2018 1309 0
Azərbaycanın işğal olunmuş ərazilərində Böyük Britaniyanın “HALO Trust” təşkilatının əməkdaşları mina partlayışı nəticəsində ölüblər.
Məlumata görə, təşkilatın Xankəndidəki ofisindən “News.am” saytına bildiriblər ki, partlayış nəticəsində ölən və yaralananlar var.
“Shamshyan.com” saytının məlumatına görə, hadisə Ağdarə rayonunda ərazinin minalardan təmizlənməsi əməliyyatı zamanı baş verib. Nəticədə “HALO Trust” təşkilatının üç əməkdaşı ölüb, ikisi yaralanıb. /APA/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər