«Dağlıq Qarabağda müharibə təhlükəsi realdır»
28.12.2015 637 0.0 0

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının katibi Nikolay Bordyuja bəyan edib ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət ciddi narahatlıq doğurur və münaqişənin gərginləşməsinin qarşısını almaq lazımdır. 

“Biz bu gün Qafqazda baş verənlərə böyük həyəcanla baxırıq - xüsusilə də Qarabağ münaqişəsi, təmas xəttindəki vəziyyətlə bağlı olaraq. Orada artıq ağır silahlar, tanklar tətbiq olunur, insan itkiləri var. Hesab edirəm bizim dövlətlərin siyasi resursundan heç bir halda vəziyyətin gərginləşməsinə yol verməmək üçün istifadə olunacaq ki, bu gün onsuz da kifayət qədər isti mərhələdə olan münaqişə böyük miqyaslı hərbi toqquşmalara keçməsin” . 

Bordyujanın sözlərinə görə, bu perspektiv bütün Qafqazı təhdid edir.

Təşkilat rəsmisi həmçinin vurğulayıb ki, dövlət başçılarının nüfuzundan istifadə edərək, “ilk növbədə siyasi metodlarla” hərəkət etmək lazımdır.

O, KTMT iştirakçılarını vəziyyətin qaydaya salınması və atəşkəsin bərqərar olması üçün səy göstərməyə çağırıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar