Rusiya Federasiyası Milli Qvardiya Qoşunları Federal Xidmətinin (Rosqvardiya) direktorunun birinci müavini Sergey Melikov Dağıstanın başçısı olmağa əsas namizəd ola bilər.
"RİA Novosti"yə istinadən xəbər verilir ki, bu barədə "Danışır Moskva" radiostansiyasının efirində Rusiyanın Qafqaz Xalqları Konqresinin həmsədri Ruslan Qurbanov bildirib.
Onun sözlərinə görə, S.Melikovu bir neçə ildir bu vəzifəyə hazırlayırlar və bu məqsədlə onu Rusiya prezidentinin Şimali Qafqaz Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi təyin ediblər. Qurbanov əlavə edib ki, eyni zamanda, Melikov bir neçə dəfə Dağıstan rəhbəri olmaqdan imtina edib.
Xatırladaq ki, Dağıstanın başçısı Ramazan Abdulatipov dünən istefa vermək niyyətini açıqlayıb. O, buna səbəb kimi 71 yaşında olmasını göstərib./Report/