Bakı 2015 ilk Avropa Oyunlarında kişilərin dağ velosipedi yarışları, isveçrəli velosipedçilər üçlüyündən biri olan Nino Şurterin qələbəsi ilə başlayaraq, medalları ələ keçirməsi ilə sona çatdı.
Qazeta.info Bakı 2015 ilk Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, Lukas Flukiqer və Fabian Qiqer isə gümüş və bürünc medallar qazandılar. Bununla da, İsveçrə altı medaldan beşini qazanmış oldu. Əldə olunmuş qalibiyyət haqqında Şurter sevincini belə bölüşüb:
Velosipedçi Şurter yarış zamanı Flukiqeri 19 saniyə, Qiqeri isə 21 saniyə qabaqlayaraq, çexiyalı Ondrej Sink və italiyan Gerhard Kerşbaumeri tamamilə geridə qoymağı bacardı. Bu idmançılar final xəttinə qədər qədər öndə gedən beş güclü idmançılar idilər.
Oyunun sonunda Şurter asanlıqla qalib gəlməyin sevincini yaşayıb. Belə ki, yarış sona yaxinlaşana yaxın o, Flukiqeri 13 saniyə, Qiqeri isə 20 saniyə fərqilə geridə qoyaraq, oyunu qələbə ilə başa vurub.