DƏRMAN ALANLAR OXUSUN-DƏRMAN BAZARI TƏHLÜKƏ SAÇIR (YAZI-1)
08.01.2015 1151 0.0 0

Artıq mətbutın bəzi İnsanlara vicdan, haqq ədalət, insaf diləmələri bütün yazıların girişndə ənənəvi hal alıb.Oxucular kimi mətbuat mənsubları da bu sözləri yazmaqdan yorulublar desək yanılmarıq.Ona görə ki,ölkəmizdə istənilən problemdən yazılıb nöqsanlar üzə çxarılsada aidiyyəti şəxslər  və təşkilatlar bu qüsuru düzəltmək əvəzinə onu dünya təcrübəsində rast gəlmədiyimiz formatda işləyib maskalayıb dahada insafsızcasına həyata keçirməkdə davam edirlər.

Bu mövzuya da girişsiz şərhsiz yanaşıb qısa konkret faktları qoyaraq yazını dərc edə bilərdik.Lakin məsələ ölkəmizin insanlarının sağlamlığı,ona qarşı olan təhlükə və bunlarla bərabər millətin cibini soyan dərman bazarı və işbazlar söz mövzusudur.

Belə ki,  son günlərdə topladığımız məlumatlara görə, Azərbaycan Dərman Bazrında vəziyyət çox təhlükəli həddə çatıb.İlk öncə qeyd edək ki,ölkəyə gətirilən dərman peraparatları haqqında informasiya düzgün qeyd olunmayaraq istehlakçı hüquqları kəskin şəkildə pozulur.Təsüfləndirici hal orasıdır ki ,Azərbaycan dərman bazarına yeridilən dərmanların  bir hissəsi Çin istehsalıdır lakin həmin dərmanlar Rusiya,Türkiyə ,Ukrayna və avropa ölkələrinin malı kimi təqdim olunur.
Bu səbəbdən də Dərman bazarında eyni adda dərmanlarda müxtəlif qiymətlərə rast gəlirik.Heyrət doğuran səbəb odur ki, bəzən eyni adlı dərman peraparatının qiymətlərində 50 -60 % fərqlə qarşılaşırıq  ki bu da normal hesab oluna bilməz
bu isə onu deməyə əsas verir ki ,həmin dərmanlar xüsusi sifarişlə keyfiyyət dərəcəsinin (təsir dozasının) aşağı salınması və ya eyni səbəblə Çin istehsalı amilinin nəticəsində meydana gəlir.

Acınacaqlı orasıdır ki,ötən ilin fevral ayında Səhiyyə Nazirliyi və iqtisadi İnkişaf nazirliyi öləkinin dərman bazarındakı peraparatların qiymətlərindəki qeyd olunan pərakəndəliyi qarşı alınması istiqamətində ilginc açıqlama verməsi olub.Belə ki Səhiyyə Nazirliyi tərəfindən jurnalistlərə verilən açıqlamada dərman qiymətlərindəki qiymət fərqlərinin aradan qaldırılacağı və bundan sonra eyni adda dərmanların satışında müxtəlif qiymətlərə rast gəlinməyəcəyini bildirmişdi.Rəsmi strukturun yetkilisi bu açıqlaması yüksək bir irəlləyiş kimi göstərməyə çalışsada görünən odur ki bu əksinə insanların haqlarının taptanmasına şərait yaradaraq bəzi işbazları himayə etmək kimi qiymətləndirilməlidir.

Heç kimi inandırmaq olmaz ki ,ölkəyə daxil olan Çin istehsalı dərmanlardan Səhiyyə Nazirliyinin və İqtisadi inkişaf nazirliyinin xəbəri yoxdur.Ən azından bu təşkilatlar hər iki dövlət qurumunun icazəsi ilə çalışır.Və hər iki qurum qeyd olunan firmalara nəzarəti həyata keçirir.Yəni burda həmin peraparatların keyfiyyət ,gətirildiyi ölkə, ticarət dövriyyəsi, hazırkı saxlanma şəraiti,və s.

Xatırladaq ki, əlimizdə olan məlumata əsaslanıb biz də ölkəyə Çindən dərman  gətərən firmaların adını çəkə bilərdik.Lakin bu təkcə 1-2 firmanın adının hallanması və bu firmaların işinə xitam verilməsi məsələnin həll olunması demək deyil.

Əgər ölkəmizdə əsəs strukturlar belə halın mövcudluğuna gözyumursa demək  bir neçə gündən sonra həmin firmalar yenidən elə öz təbirlərincə desək  Ş-nın yanına M və ya D-nın yanına bir C hərfi atıb “DC” farma açıb yenindən başqa ad altında qeydiyyatdan keçib fəaliyyətə başlayacaqlar.Burda məsələ ölkə vətəndaşlarının mənafenin normal qorunmasından gedir.Düzü əslinə qalsa məsələnin təhlükə saçan tərəfi təkcə Çin istehsalı faktoru deyil.

Belə “DC” farmaların elə digər ölkələrdə də mövcud olması və keyfiyyətsiz məhsul istehsal edib başqa ölkələrin bazarlarına yeritməsinin mümkünsüzlüyünü  inkar etmək olmaz.

Məsələnin kökündə biz öz insanımızın haqqını yetərincə qoruya bilirikmi ? və yaxud da buna necə çaba göstərdiyimiz durur.

Xatırladaq ki, məsələ ilə əlaqədar ,bütün aidiyyatı təşkilart və müəssisələrin fikiri dərc etməyə hazırıq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar