Dəmir yolu nəqliyyatı ilə sərnişin daşınması azalıb
17.11.2015 538 0
Dəmir yolu nəqliyyatı ilə cari ilin yanvar-oktyabr aylarında 14,2 mln. ton yük və 1,5 mln. sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bununla da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 21,2% və 27,5% azalma müşahidə olunub.
Bundan başqa, orta hesabla sutkada 446 vaqon yüklənib, 449 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 18,3 min ton, Qərb istiqaməti üzrə 5,1 min ton, Cənub istiqaməti üzrə isə 2,2 min ton yüklənmə işi yerinə yetirilib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər