Dəmir yolları təsərrüfatlarına yaz baxışı keçiriləcək
08.05.2017 626 0.0 0

Mayın 10-dan etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin təsərrüfatlarına yaz baxışı başlayacaq.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın verdiyi məlumata görə, baxış zamanı təsərrüfatların, tikililərin və qurğuların  saxlanma vəziyyəti, eyni zamanda stansiyalarda, müəssisələrdə, təşkilatlarda hərəkətin təhlükəsizliyinin təmin olunması, ətraf mühitin qorunması və texniki təhlükəsizlik qaydalarına riayət olunması yoxlanılacaq.

 

Yaz baxışı Böyük Kəsik stansiyasından başlayaraq, sonrakı hərəkət xətti Böyük Kəsik-Hacıqabul, Horadiz-Osmanlı, Astara-Şirvan, Ələt-Biləcəri, Yalama-Sumqayıt, Abşeron sahəsi, Biləcəri, Bakı-sərnişin, Bakı-yük, Keşlə, H.Z.Tağıyev–çeşidləmə, Güzdək, Xırdalan stansiyaları və dəmir yolunun bütün qolları olmaqla sahə və istiqamətlər üzrə davam edəcək.

 

Qeyd edək ki, dəmir yolunun təsərrüfatlarına yaz  baxışı 10 gün davam edəcək. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar