Dəməşqdə Suriya ordusunun təyyarəsi vurulub - VİDEO
19.03.2018 809 0.0 0

Suriya Hərbi Hava Qüvvələrinin təyyarəsi Dəməşqdə silahlılar tərəfindən vurulub.

Xarici mətbuata istinadən xəbər verilir ki, hadisə Kalamun rayonunda baş verib.

Silahlılar təyyarənin vurulmasını anını çəkiblər və onu internetə yerləşdiriblər. Videogörüntüdə təyyarənin vurulması və yüksək sürətlə aşağı enməsi əks olunur.

İlkin məlumata görə, təyyarə Suriya hökumət qoşunlarının nəzarət etdiyi ərazidə vurulub. Onun pilotu katapulta ilə xilas olub./Report/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar