Dəməşqdə Rusiya səfirliyi atəşə tutulub
28.12.2016 773 0
Suriyanın paytaxtı Dəməşqdə Rusiya səfirliyi minaatanlardan atəşə tutulub.
"RİA Novosti"yə istinadən verilən məlumata görə, bu barədə Rusiya XİN məlumat yayıb.
“Mərmilərdən biri diplomatik missiyanın həyətyanı ərazisinə, ikinci mərmi isə səfirliyin yaxınlığına düşüb. Partlamamış minaların zərərsizləşdirilməsi üçün istehkamçılar cəlb olunub.”,- məlumatda qeyd olunur.
Hadisə nəticəsində diplomatik missiyanın əməkdaşları xəsarət almayıb./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər