Dəm qazı ailə faciəsinə səbəb oldu
16.01.2016 545 0.0 0

Qazeta.info Fövqəladə Hallar Nazirliyinə (FHN)  istinadla bildirir ki,

bu gün FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 3 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

Verilən məlumat əsasında, dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirmiş və zərərçəkmişləri huşsuz vəziyyətdə aşkar etmişlər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı onlardan birinin dəm qazından zəhərlənərək vəfat etdiyi və digər 2 nəfərin vəziyyətinin ağır olduğu müəyyən olunmuşdur. Əməliyyat saat 14:03-də başa çatmışdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar