Tərtərdə dəhşətli qətl hadisəsi baş verib.
Məlumata görə rayonun Cəmilli kəndində 27 yaşlı oğlan valideynlərinin həyatına son qoyub.
Ruhi xəstə olan kənd sakini Qurban Nəsibov atası 64 yaşlı Xanbaba Nəsibovu və anası Nazlı Nəsibovanı qətlə yetirib. Yaxınlarının sözlərinə görə anasını boğan gənc, atasının baş nahiyəsinə dəmir parçasıyla zərbə endirib.
Hadisəni törətdikdən sonra səhər saatlarında qonşu kəndə, bacısının evinə gedən Qurban yaxınlarına ata anasının yuxudan oyanmadığını deyib. Qohumıarı baş verən hadisədən bundan sonra xəbər tutub.
Hadisə yerinə rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları gəlib. Hər iki meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Tərtər rayon şöbəsinə aparılıb.
Cinayəti törətməkdə təqsirli bilinən Qurban Nəsibov artıq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Nazlı Nəsibova - qətlə yetirilən şəxs
Xanbaba Nəsibov - qətlə yetirilən şəxs
Qurban Nəsibov - saxlanılan şəxs./anspress/