CV-si 2 min dəfə paylaşıldıqdan sonra işə çağırıldı
23.07.2015 674 0.0 0

Fransada evsiz qalmış kişinin metroda asılmış CV-si sosial şəbəkələrdə xeyli paylaşıldıqdan sonra o, şirkətə müsahibəyə çağırılıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Lionel Ajeqe adlı evsizin CV-sini təkcə “Twitter”də 2 min nəfər paylaşıb.

Evsiz kişi internetə girişinin olmadığını və CV-sinin kadrlar üzrə mütəxəssisin əlinə keçəcəyinə ümid etdiyini vurğulayıb.

Sosial şəbəkə sayəsində Fransa Hərbi Hava Qüvvələrinin kapralı L.Ajeqehərbi sığorta ilə məşğul olan şirkətə müsahibəyə dəvət edilib.

Keçmiş hərbçi 2012-ci ildə də analoji yolla iş tapa bilmişdi. Onun CV-si internetə yerləşdirildikdən sonra o, qısamüddətli işlərə çağrılmışdı.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar