Cüdoçumuz Avropa Kubokunda növbəti medalı qazandı
04.02.2018 927 0.0 0

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən cüdo üzrə Avropa kuboku yarışına yekun vurulub.

Qazeta.info Cüdo Federasiyasının məlumatına əsasən bildirir ki, beynəlxalq turnirin son günündə Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb. +100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Uşangi Kokauri bürünc medal qazanıb.

Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Stanislav Bondarenkoya qalib gəlib. Qeyd edək ki, qitə kuboku uğrunda turnirdə Avropanın 29 ölkəsindən 244 cüdoçu mübarizə aparıb. Azərbaycan cüdoçuları Sofiya turnirində 1 qızıl və 1 bürünc medal qazanıb. Beynəlxalq turnirin ilk günü Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək çempion olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar