Cüdoçularımız reytinq siyahısında geriləyib
10.04.2017 742 0.0 0

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Antalyada keçirilən Qran-prinin yekununa əsasən müəyyənləşən cədvəl Azərbaycan cüdoçuları üçün heç də uğurlu alınmayıb.

 

Belə ki, aparıcı idmançılarımızdan üçü öz çəkilərində geriləyib. 5 rəqibini özündən irəli buraxan İlqar Müşkiyev (60 kq) 26-cı, hərəyə 1 pillə aşağı düşən Nicat Şıxəlizadə (66 kq) 5-ci, Rüfət İsmayılov (81 kq) 15-ci yerə enib. Təmsilçilərimizdən yalnız Tərlan Kərimov (66 kq) mövqeyini yaxşılaşdırıb. O, 60-cı yeri 59-a dəyişib.

 

Digər həmyerlilərimizdən Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) yenə dünyanın ən güclüsüdü.

 

Türkiyədə bürünc medal qazanan Hidayət Heydərov (73 kq) 23-cü, Elxan Məmmədov (100 kq) 6-cı və Nəzakət Əzizova (52 kq) 165-cidi. Onlar nə irəliləyib, nə də geriləyiblər.

 

Yığmamızın digər üzvlərinə gəlincə, Məmmədəli Mehdiyev yenə 11-ci, Tural Səfquliyev (hər ikisi 90) 27-ci, Uşanqi Kokauri (+100 kq) 19-cu yerdə qərar tutublar.

 

Xanım cüdoçularımızın mövqeyində isə dəyişiklik yoxdu.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar