Cüdoçularımız açıq Avropa turnirini 5 medalla başa vurublar
28.02.2022 447 0.0 0


Cüdo üzrə Azərbaycan milli komandası Varşavada keçirilən açıq Avropa turnirini 5 medalla başa vurub.

Qazeta.info xəbər verir ki, yarışın ikinci - sonuncu günündə 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan İmran Yusifov üçüncü yeri tutub. Bununla da komandamızın qazandığı medalların sayı beşə çatıb.

Yarısın birinci günündə Azərbaycan komandası 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb.

Qızıl medalları yığmamızın aktivinə Əhməd Yusifov (60 kq) və İbrahim Əliyev (66 kq) yazdırıblar. Gümüş medala İsmayıl İbrahimov (66 kq), bürünc medala isə Rövşən Əliyev (60 kq) sahib olublar.

Yarışa 13 idmançı ilə qatılan komandamız bu nəticə ilə 32 ölkə arasında üçüncü yeri tutub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar