Çoxuşaqlı ailələrə dair tələb dəyişə bilər
05.05.2022 494 0.0 0

“Çoxuşaqlı ailələr üçün uşaqların sayının hazırda olduğundan az götürülməsi məsləsinə yeni pensiya konsepsiyası çərçivəsində yenidən baxarıq”.

Bildirək ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Nazir müavini bildirib ki, eyni zamanda sağlam ömür orta yaşına da yeni pensiya konsepsiyasında yenidən baxmaq olar.

Anar Kərimov xatırladıb ki, 2000-ci ildə 6 və daha çox uşağı olan ailələrin sayı 1137 nəfər idi: “İldə 20-ə yaxın ailədən söhbət gedir. Qüdrət müəllimin dediyi məsələ çox adamı əhatə etməyəcək”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar