COVID sertifikatının verilmə qaydaları təstiqlənib
29.11.2021 421 0.0 0

Nazirlər Kabineti "COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanlnması qaydası"nı təsdiqləyib.
BiG.AZ-ın məlumatına görə, bu Qayda ölkə ərazisində peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyindən sağalaraq immunitetə malik olan şəxslərə verilən təsdiqedici sənədlərin beynəlxalq səviyyədə tanınması, habelə dövlətlər tərəfindən verilmiş COVID sənədlərinin Azərbaycan Respublikasında tanınması məqsədilə beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanmışdır və ölkə ərazisində həmin sertifikatların tanınması qaydasını müəyyən edir.

COVID sertifikatlarının tanınmasının məqsədi Azərbaycan Respublikasının vətəndaşlarının, xarici ölkələrin Azərbaycan Respublika sında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, ölkəmizdə daimi və müvəqqəti yaşayan, Azərbaycan Respublikasında qaçqın statusu almış, habelə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sərbəst şəkildə ölkəyə girişinin, ölkədən çıxışının və tranzit səyahət etmələrinin təmin olunmasıdır.

COVID Sertifikatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən formalaşdırılan, ölkə daxilində istifadə və xarici ölkələrə səfər etmək üçün nəzərdə tutulmuş və COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiqləyən, sahibinin fərdi, o cümlədən COVID-19 xəstəliyi ilə bağlı sağlamlığının vəziyyəti barədə məlumatları özündə cəmləşdirən, elektron və ya kağız daşıyıcı üzərində olan sənəddir. xarici COVID Sertifikatı xarici dövlətin səlahiyyətli orqanı tərəfindən formalaşdırılan, ölkə daxilində istifadə və xarici ölkələrə səfər etmək üçün nəzərdə tutulmuş və COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiqləyən, sahibinin fərdi, o cümlədən COVID-19 xəstəliyi ilə bağlı şəxsin sağlamlığının vəziyyəti barədə məlumatları özündə cəmləşdirən, elektron və ya kağız daşıyıcı üzərində olan sənəddir.

Müraciət şəxsin və ya onun səlahiyyətli nümayəndəsinin COVID Sertifikatı almaq üçün E-TƏBİB və ya Elektron Hökumət İnformasiya Sisteminin MyGov platforması (Portal) vasitəsilə sertifikatın əldə olunması üçün müraciətidir. Azərbaycan Respublikasında COVID Sertifikatının verilməsi Portal üzərindən həyata keçirilir.

COVID Sertifikatı müraciət edən şəxs barəsində Portala daxil edilmiş və ya avtomatik şəkildə generasiya olunan aşağıdakı məlumatlar əsasında formalaşdırılır:

- şəxsin COVID-19 xəstəliyinə qarşı peyvənd olunması, o cümlədən xarici ölkədə birinci doza peyvənd olunması;
- şəxsin COVID-19 xəstəliyi üçün PZR testin neqativ nəticəsi;
- şəxsin COVID-19 xəstəliyindən sağalaraq immunitetə malik olması;
- şəxsin peyvəndləməyə əks göstərişi.

Müraciət edən şəxs tərəfindən fərdi, o cümlədən sağlamlıq vəziyyəti barədə məlumatlarının istifadəsinə razılıq verilməsi şərtilə Portalda olan məlumatlardan COVID Sertifikatının formalaşdırılması məqsədilə istifadə olunur. Müraciət edən şəxsə dair fərdi məlumatlar "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qorunur. COVID Sertifikatına unikal elektron identifikator verilir və QR kodu yaradılır. Portalda fiziki şəxsin öz COVID Sertifikatının çapetmə cihazı vasitəsilə kağız daşıyıcıda nüsxəsini əldə etməsi üçün imkan yaradılmalıdır.

COVID sertifikatlarında aşağıdakı məlumatlar əks olunmalıdır:

- COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən Sertifikatda:
- Azərbaycan və ingilis dillərində sertifikat sahibinin soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi;
- sertifikat sahibinin doğum tarixi;
- sertifikat sahibinin fərdi identifikasiya nömrəsi (olduğu halda) və sərhədkeçmə sənədinin nömrəsi;
- COVID-19-a qarşı peyvənd olunma (peyvənd haqqında məlumat, tibbi istifadə təlimatına uyğun olaraq peyvəndin dozaları, alınan peyvənd dozasının seriya nömrəsi və dozaların vurulma tarixi, peyvənd olunma ölkəsi, peyvənd statusu);
- sertifikatın unikal nömrəsi;
- sertifikatın etibarlılıq müddəti;
- sertifikatı verən dövlət;
- sertifikatı verən dövlət qurumu barədə məlumat.

Peyvəndləməyə əks göstərişi təsdiqləyən Sertifikatda:

- Azərbaycan və ingilis dillərində sertifikat sahibinin soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi;
- sertifikat sahibinin doğum tarixi;
- sertifikat sahibinin fərdi identifikasiya nömrəsi (olduğu halda) və sərhədkeçmə sənədinin nömrəsi;
- sertifikatın unikal nömrəsi;
- sertifikat

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar