Conson: Dünyanı nüvə savaşından bu xalq xilas edəcək
16.01.2018 1059 0.0 0

Koreya Xalq Demokratik Respublikası (KXDR) “atom əsri”nin başlanğıcından ən ciddi təhlükədir.

Bildirək ki, bunu Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı Boris Conson “Qardiyan” nəşrinə açıqlamasında deyib.

“Kim Çen Inın nüvə başlıqlı qitələrarası ballistik raketi buraxmaq qabiliyyəti dünya üçün ciddi təhlükədir”, - o əlavə edib.

Consonun fikrincə, Çin Pxenyanı dayandırmağa və təhlükəni aradan qaldırmağa qadirdir:

“Sonda problemi həll edə biləcək insanlar çinlilərdir”.

Qeyd edək ki, Koreya yarımadasında vəziyyət 2017-ci ildə Şimali Koreyanın ballistik raket və nüvə sınaqları həyata keçirməsindən sonra kəskin pisləşib. 2017-ci ilin dekabrında BMT Təhlükəsizlik Şurası Şimali Koreya barəsində yeni beynəlxalq sanksiyaları tətbiq edib./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar