Con Kerri müxalifətçilərə deyib: «Hamınızı qıracaqlar...»
01.10.2016 1020 0.0 0

Con Kerri müxalifətçilərə deyib: “Hamınızı qıracaqlar...”

ABŞ dövlət katibi Con Kerri Suriyanın mötədil müxalifət təmsilçiləri ilə görüşündə onları Bəşər Əsəd rejiminin, Rusiya və İranın əlindən xilas etmək üçün göstərdiyi diplomatik səylərin uğursuzluğa düçar olduğunu etiraf edib.

Qazeta.info Virtualaz.org -a istinadən xəbər verir ki, bu barədə Kerrinin müxalifətçilərlə söhbətinin audioyazısına istinadən “The New York Times”

Görüş zamanı Kerri müxalifətçilərə deyib ki, prezident Barak Obamanın administrasiyasını Suriya münaqişəsinin nizamlanmasına dair diplomatik səyləri real güc tətbiqi təhdidi ilə möhkəmləndirməyə inandıra bilməyib. Üstəlik Rusiya xarici işlər naziri Sergey Lavrov ona kələk gəlib.

Qəzetin yazdığına görə, Kerrinin müxaliflərlə görüşü ötən həftə Rusiya ilə Suriyada əldə edilmiş atəşkəs razılaşmasının iflas uğramasından dərhal sonra baş tutub. “Fikrimcə administrasiyada üç-dörd nəfər sizi istəyən var ki, onlar güc tətbiqini müdafiə edirlər, mənim isə arqumentlərin tükənib. Mən güc tətbiqinin tərəfdarı kimi çıxış edirdim, ancaq hər şey başqa cür oldu”-Kerri deyib.

 

 

“Biz diplomatiya ilə məşğul olmağa çalışırıq və mən başa düşürəm ki, bu sizi məyus edir. Heç kim bizim qədər məyus olmadı”-dövlət katibi əlavə edib.

Qəzet yazır ki, görüşdə Kerri prezident Obamanın siyasəti ilə razı olmadığını ifadə edib. O, qeyd edib ki, Vaşinqton müxalifəti “İslam dövləti” və “Cebhat ən-Nusra” qruplaşması ilə döyüşlərdə müdafiə etməyə hazırdır, ancaq Suriya hakimiyyətinə loyal “Hizbullah”la birbaşa münaqişədə iştirak etməyə hazırlaşmır.

Habelə Kerri etiraf edib ki, Suriya müxalifətinə silah təchizatının genişləndirilməsi və ya münaqişəyə ABŞ-ın birbaşa qarışması “xoşagəlməz nəticələrə” səbəb olacaq. “Rusiya stavkanı qaldıracaq, İran stavkanı qaldıracaq. Orada “Hizbullah” və “Nusra”çıların sayı get-gedə artacaq. Səudiyyə Ərəbistanı və Türkiyə bütün pullarını xərcləyəcəklər və sizlər hamınız məhv ediləcəksiniz”-Kerri ABŞ-ın Suriyada uduzduğunu etiraf edərək deyib.

 

 

Dövlət katibi bildirib ki, Bəşər Əsəd prezident seçkilərində iştirak edə bilər, ancaq bir şərtlə ki, seçkilər qərb ölkələrinin və BMT-nin nəzarətində keçsin. Bununla əlaqədar Kerri müxalifətçilərə məsləhət görüb ki, seçkini boykot etməsinlər və keçid hökumətinin tərkibinə daxil olmaq imkanı qazansınlar.

Dövlət Departamentində Kerrinin dediklərini şərh etməkdən imtina ediblər, bildiriblər ki, bu, “özəl söhbət” olub. Görüşdə iştirak edən müxalifətçilərin bir neçəsi isə qəzetə deyib ki, Obama administrasiyasından kömək gözləməyin yersiz olduğunu eşidəndə ruhdan düşüblər və sınıblar.

 

Xatırladaq ki, atəşkəs razılaşmasının pozulmasından sonra Rusiya və Suriya Hələb üzərinə hücuma keçib. 10 günə yaxındır ki, şəhər  bombalanır, yüzlərlə dinc sakin öldürülüb. Mötədil müxalifətçilər də ciddi itkilər verib və mühasirədə ərzaqsız, susuz, silahsız qalıblar. Hesab edilir ki, onların tam məhv edilməsi gün məsələsidir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar