Con Kerri Moskvada Dağlıq Qarabağı müzakirə edəcək
11.07.2016 770 0.0 0

ABŞ dövlət katibi Con Kerri iyulun 14 Moskvaya səfərə gələcək. Məlumata görə, bu haqda Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib. "İyulun 14-ü axşam saatlarında Con Kerri Moskvaya gedəcək və burada bir sıra yüksək vəzifəli şəxslərlə Suriya, Ukrayna, Dağlıq Qarabağ və digər məsələləri müzakirə edəcək" - deyə Kirbi brifinqdə məlumat verib.

Con Kerrinin Moskva səfəri iki gün davam edəcək. 

Artıq bu səfəri Rusiya Xarici işlər nazirliyidə (XİN) təstiq edib. Qurumda ümid edirlər ki, 2015-ci ilin mayından sayca 4-cü olan bu səfər Rusiya-ABŞ münasibətlərinə yaxşı təsir edəcək. 
Kerrinin Rusiyaya 14-15 iyul səfəri dövlət katibinin Avropa turnesi çərçivəsində baş tutacaq. Turne çərçivəsində Con Kerri Paris, Lüksemburq, London və Brüsselə səfər edəcək. 

Con Kerrinin Rusiya sonuncu səfəri 2016-cı ilin martında baş tutub. O zaman Kerri Moskvada Rusiya Federasiyasının prezidenti Vladimir Putin və XİN rəhbəri Sergey Lavrovla görüş keçirib. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar