Con Kerri gözlənilmədən İraqa səfər edib
08.04.2016 491 0.0 0

 ABŞ dövlət katibi Con Kerri gözlənilmədən İraqa səfər edib.
 
“Frans-Press” agentliyinə istinadən verilən məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi bildirib.
 
Səfərin məqsədi İŞİD terror təşkilatı ilə mübarizə məsələlərini ölkə rəhbərliyi ilə müzakirə etməkdir.
 
Səfər çərçivəsində C. Kerri İraqın baş naziri Heydər Əl-Abadi, xarici işlər naziri İbrahim əl-Cəfəri və İraq Kürdüstanının regional hökumətinin baş naziri Nəçirvan Bərzani ilə görüşəcək./apa/ 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar