Cocuq Mərcanlının yenidən qurulmasının ikinci mərhələsi başlayıb
04.07.2017 672 0.0 0

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulmasının ikinci mərhələsinə start verilib. Kəndə onlarla kran və yük maşınları cəlb edilib.

 

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Sabir Əhmədov açıqlamasında Cocuq Mərcanlıda 100 evin tikintisi üçün 17 hektar torpaq sahəsində təmizləmə işlərinin aparılacağını deyib. Kənddə yeni mənzillər, uşaq bağçası, 50 yerlik xəstəxana, inzibati bina, poçt məntəqəsi, eləcə də kommersiya obyektlərinin inşası nəzərdə tutulub.

 
Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov bildirib ki, Cocuq Mərcanlıda aparılan tikinti işlərinin ikinci mərhələsi də kənd sakinlərinin bütünlüklə evlə təmin olunmasına yetməyəcək: “Çünki əhalinin sayı kənd sakinlərinin buranı tərk etdikləri dövrlə müqayisədə iki dəfə artıb. Cocuq Mərcanlı ermənilərin nəzarətinə keçəndə ev hesabı ilə kənddə 209 ev, 250 təsərrüfat var idi. Amma bu gün 418 təsərrüfat, yəni ailə mövcuddur. Həmin dövrdə əhalinin sayı 1070 nəfər idisə, bu gün 1500-dək artıb”.

 

Qeyd edək ki, Cocuq Mərcanlının yenidən qurulmasının birinci mərhələsində inşa olunan 50 mənzilin sahibləri püşkatma yolu ilə müəyyənləşdirilib. Onların qəsəbəyə köçürülməsinə sabah başlanacaq. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar