Cırtdan lemurların yeni növü aşkar edilib
16.01.2018 758 0
Amerikalı alimlər Madaqaskarda cırtdan lemurların yeni növünü kəşf ediblər.
Məlumata görə, yeni növ "Primate Conservation" jurnalında təsvir edilib.
Heyvan avstraliyalı primatoloq Kolin Qrovsun şərəfinə "Cheirogaleus grovesi" - cırtdan lemur Qrovs adlandırılıb. Onun bədəninin uzunluğu 17 sm, quyruğunun uzunluğu 28 sm-dir. Digər lemurlarda olduğu kimi, onun da böyük gözləri və güclü dırnaqlı barmaqları var. Bu canlılar adanın cənub-şərq hissəsində yaşayır və iki milli parkda - Ranomafana və Andrinqitrada aşkar edilib. Onlar tropik meşələrdə məskunlaşır və əsasən, meyvələrlə qidalanırlar.
Yeni növü DNT analizi sayəsində kəşf etmək mümkün olub./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər