Çinin valyuta ehtiyatları maliyyə böhranından sonra ardıcıl 6 aydır artım göstərir
07.08.2017 743 0.0 0

Cari ilin iyul ayında Çinin valyuta ehtiyatları 23,9 mlrd. ABŞ dolları və ya 0,78% artaraq 3, 081 trln. dollara çatıb. 

"İnterfax" agentliyinə istinadən xəbər verilir ki, bu, Çinin rəsmi valyuta ehtiyatlarında 2014-cü il ortalarından, yəni maliyyə böhranı başlayan andan etibarən ilk dəfə 6-cı ardıcıl ay artım deməkdir. Qeyd edək ki, "The Wall Street Journal"ın apardığı sorğuya əsasən ekspertlər ehtiyatların 15 mlrd. dollar artacağını proqnozlaşdırıb. Ehtiyatların artmasına səbəb kimi hökumətin kapitalın sərbəst axınına nəzarəti gücləndirməsi ilə yanaşı, yuanın iyul ayında 0,8% möhkəmlənməsi təsir edib.

"Bloomberg" agentliyinin yaydığı açıqlamaya görə, Çin Mərkəzi Bankı iyul ayında valyuta intervensiyası həyata keçirmədiyi üçün ehtiyatlar artıb. Belə ki, yuan özü möhkəmlənməyə davam edib.

Qeyd edək ki, Çin valyuta ehtiyatlarına görə dünyada lider ölkədir. 2014-cü ilin iyun ayında ehtiyatlar rekord 4 trln. dollar səviyyəsinə çatıb. Cari ilin yanvar ayında isə ehtiyatlar 3 trln. dollar səviyyəsindən aşağı enib. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar