Çingizxanın məzarı açıldı - Dünya təlaş içindədir - VİDEO
21.09.2016 1641 0.0 0

Hamı onun monqol-tatar kökündən olduğunu zənn edirdi. Sən demə, bu hökmdarın Avropa kökləri də varmış. Nə qədər qəribə olsa da, bu iddianı monqolustanlı genetiklər səsləndirib. Söhbət 1130-1250-ci illərdə yaşamış və dünyanı lərzəyə salan Monqol xanı Çingizxandan gedir.

Monqolustan və Cənubi Koreyadan olan mütəxəssislər Monqolustan İmperiyasının qurucusu Çingizxanın və yaxın qohumlarının məzarlarında tədqiqatlar apardıqdan sonra belə qənaətə gəlib. Onlar dahi xanın həm də avropalı olduğunu müəyyən edib. Tədqiqatlar Tavan Tolqa kurqanında, Çingizxanın nəslinin uyuduğu məzarlıqda - 4 kişi və 3 qadın məzarında aparılıb. 

Məlum olub ki, bütün qalıqlar eyni qrupa aid olub və genetik cəhətdən mutasiyaya uğrayıb. Məzarlıqda tapılmış zinət əşyaları və alətlər üzərində radiokarbon analizin aparılması zamanı ölən insanların yaşını da müəyyən etmək mümkün olub. Tədqiqatçıların sözlərinə görə, kurqanda dəfn olunmuş insanlar Böyük xan və övladlarının yaşadığı dövrdə həyat sürüb. /atv.az/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar