Çində tələblə bağlı narahatlıq nefti ucuzlaşdırıb
28.04.2022 590 0
Dünya bazarlarında neftin qiyməti 1%-dən çox düşüb. Çində tələblə bağlı vəziyyət investorları narahat etməkdə davam edir.
Birjalara istinadən xəbər veriir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyul fyuçersləri 1,4% ucuzlaşaraq, 1 bareli 103,48 ABŞ dollarına satılıb. WTI neftinin iyun fyuçerslərinin qiyməti isə 1,3% düşərək, 1 bareli 100,69 ABŞ dolları təşkil edib.
Neftin qiyməti Çindəki vəziyyətdən asılı olaraq qalır. Belə ki, dünyanın ən böyük "qara qızıl" istehlakçısı olan Çində COVID-19 əleyhinə məhdudiyyətlərin qalması treyderlərin tələblə bağlı narahatlığını saxlayır./report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər