Çinin fond bazarı son səkkiz ildə ilk dəfə ciddi azalma ilə günü başa vurub.
Məlumata görə, Shanghai Composite indeksi 8,5% ucuzlaşaraq günü 3725,56-lə bağlayıb. Səhmlərin qiymətinin ucuzlaması dünyanın ikinci iqtisadiyyatına malik olan Çinin ümumi daxili məhsulunun (ÜDM) zəif artım templəri nümayiş etdirməsi ilə bağlıdır.
İyun ayında Çinin sənaye şirkətlərinin gəliri keçən ilin uyğun ayı ilə müqayisədə 0,3% azalıb. Cümə günü çıxan məlumatlara görə, iyulda sənaye fəallığı son 15 ay üzrə ən aşağı olub.
Şanxay fond bazarı 2007-ci ilin fevralından sonra ən böyük geriləmə qeydə alıb
IG şirkətinin bazar analitiki Bernard Onun fikrincə, sənaye istehsalının gözlənilməz zəif göstəriciləri Çin iqtisadiyyatının daha sürətlə geriləyəcəyi barədə narahatlığı artırdı. Bu yaxınlarda isə göstəricilər sabitlikdən xəbər verirdi.
Umumiyyətlə, Çində böhran gözlənilən idi. Hazırda Çin şirkətlərinin borcu 16,1 trilyon dollara bərabərdir. "Standard&Poor's" agentliyi yaxın beş ildə bu borcun 28,8 trilyon dollara qalxacağını düşünür. Agentliyin ekspertlərinin fikrincə, bu, ölkə ümumi daxili məhsulunun (ÜDM) 160%-inə bərabərdir və ABŞ-ın analoji göstəricisindən iki dəfə yüksəkdir./anspress/