Çindən dünyanı qorxudan qərar
26.08.2015 1658 0.0 0

Çin Milli Bankı öz ölkə iqtisadiyyətının zəifləməməsi üçün faiz dərəcələrini aşağı salıb. Qiymətlərin düşməsiylə bağlı Çinin fond birjalarında ticarət dayandırılıb.

Məlumata görə, Şanxay birjasında avqust ayının 25-də ticarət yüksək dəyişikliklərə səbəb olub. İnvestorlar səhmləri fəal satmağa başlayan zaman Çinin əsas indeksləri gün ərzində bir neçə dəfə artıb, amma sonra geriləyib.

"Shanghai Composite" indeksi bu səhər 1,27 faiz aşağı düşüb. İndex bu həftə ərzində 16 faiz enərək qlobal bazarda şok effekti yaradıb. Honk Konqun "Hang Seng" indeksi isə nisbətən bir qədər yaxşı nəticə göstərib, eniş 0,3 faizdə dayanıb.

 

Asiya birjalarında qeyri-sabitlik hökm sürürdü. İki həftə bundan əvvəl Milli bank ixracatı stimullaşdırmaq üçün milli valyutanı - yuanı devalvasiya edib.

Çin höküməti iqtisadi vəziyyəti stabilləşdirmək üçün maliyyə bazarlarına müdaxilə edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar