Çində də dollar tükənir: milyardların növbə təşvişi-VİDEO
14.01.2016 714 0.0 0

Şanxay və Pekində yerləşən bankların dollar banknotlarının çatışmazlığı ilə üzləşdiyi məlum olub.
 
Qazeta.info bildirir ki, APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, bu məlumat çox tezliklə bütün dünyaya yayıla bilər.
 
Hələlik Çin Xalq Bankının analoji vəziyyətdə dolların likvidliyini necə təmin edəcəyi sual altındadır. Çində fəaliyyət göstərən BOC, CCB, "China Merchants Bank" bəzi şəhərlərdə sakinləri 5000 dollardan artıq məbləğdə valyuta əldə etdikləri zaman iki gün ərzində bankları məlumatlandırmağı xahiş edib. Digər hallarda isə onlara bir həftəyədək səbir etmək lazım gəlir.

Bununla belə, çinlilər təşviş içində valyutadəyişmə məntəqələri və bankların qarşısında saatlarla öz növbəsinin çatacağını gözləməli olur. Niyə məhz təşviş içində? Ən sadəsi ona görə ki, vətəndaşlara rəsmi Pekinin yaranmış vəziyyətdən çıxmaq üçün qarşısına hansı məqsədləri qoyduğu bəlli deyil. Həqiqətən də Çin Xalq Bankının qarşısında hansı məqsədlərin dayandığı barəsində heç kim məlumatlı deyil və ya hakimiyyət sadəcə, valyutanın kursunu hər gün ölkənin daxili və xaricində keçirilən hərraclardakı tələbata uyğun olaraq tənzimləyir. Lakin məlum olan budur ki, Çin iqtisadiyyatı ixrac hesabına tənzimləmək fikrindədirsə, bu halda növbəti devalvasiya qaçılmazdır. Bununla yanaşı, əgər qlobal valyutaların kursunda dollara nisbətdə müşahidə olunan azalma davam edəcəksə, bu halda Çinin milli valyuta olan yuanın məqbul ticarət ağırlıqlı indeksini qoruyub-saxlaması mütləqdir.

Devalvasiyanın davam etdiyi müddətdə isə ölkədən kapital axınının müşahidə olunacağı davam edəcək. Vəziyyətin stabilləşdirilməsi yönündə seçilməli olan yeganə üsul, yuanın kursunun müəyyənləşməsini bazarın ixtiyarına buraxmaqdır. Bu, qısamüddətli perspektivdə ağrılı bir variant olsa da, mövcud problemi birdəfəlik həll edir. Bu arada "The Wall Street Journal" çinli bankirlərə istinadən Çin milli valyutasının təqribən 2 faiz azalması fonunda son üç həftə ərzində yuanı dollara dəyişmək istəyənlərin sayının kəskin şəkildə çoxaldığını yazır. İstirahət günləri isə ICBC bankı Mərkəzi Bankdan dollar çatışmazlığı barəsində bildiriş alıb. Məhz bu hadisədən sonra bank müştərilərdən öz məqsədləri barədə onları 4 gün öncədən xəbərdar etməyi xahiş edib.

Çin qanunvericiliyinə əsasən, hər vətəndaş il ərzində yalnız 50.000 dollar məbləğində pul mübadiləsi həyata keçirə bilər. Lakin bu baryeri aşmaq üçün kifayət qədər üsulun olduğu məlumdur. Yanvar ayında kvotalar yenidən dəyişdirilib və qeyri-stabil valyutanın olduğunu nəzərə alan əhali əllərində olan nağd pul vəsaitini maksimal sürətlə mübadilə etməyə çalışır. Bir sıra hallarda öz vəsaitlərini milli valyutada saxlamağa üstünlük verən insanlar 2015-ci ilin üçüncü və dördüncü rübləri ərzində hər ailə üzvünə görə ümumilikdə 50.000 dollar məbləğində pul mübadiləsi həyata keçirib. Çin hakimiyyəti kapital axınına nəzarət edir və kvotadan sui-istifadə, eləcə də onu aşan vətəndaşlara qarşı sərt tədbirlər görməyə davam edir. Banklara isə sözügedən normaları pozanların siyahısını təqdim etmək tapşırılıb.

Bütün bunlar yaranmış vəziyyəti aradan qaldırmağa kömək etmir, əskinə ölkədə dollar kəskin şəkildə azalır ki, bu da yekunda qara bazarların yaranmasına gətirib çıxarır.

Hazırda isə Çindən Birləşmiş Ştatlara əmtəə ixracı ilə məşğul olan bəzi ixracatçı şirkətlər vəsaiti gecikmələrlə olsa belə, daxili təchizatçıların hesabına köçürməyə üstünlük verir. Bu addımın əsasında dollar müqabilində daha çox yuan əldə etmək istəyi dayanır. İxracatçılar ticarətdən əldə etdikləri vəsaiti satmağa borcludurlar, lakin bu cür sövdələşmələrin həyata keçirilmə qaydaları mövcud deyil. Baş verənlərə əsasən Çində tez bir zamanda "Bitcoin" kimi elektron ticarət vasitələrinin populyarlaşmasının yeni dalğasının qeydə alınacağı istisna deyil.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar