Çin valyutası ikinci dəfə devalvasiya etdi
12.08.2015 715 0.0 0

Çin səhm bazarında eniş davam edir. Buna səbəb ölkənin Mərkəzi Bankının milli valyuta yuanı iki gün ərzində ikinci dəfə devalvasiya etməsi olub.

Çin Xalq Bankı yuanın dollara nisbətən rəsmi məzənnəsini daha 1,6 faiz azaldıb. Beləliklə milli valyutanın məzənnəsi bir dollara görə 6,33 yuan təşkil edib.

Shanghai Composite şirkətinin səhmlərinin məzənnəsi 0,4 % düşüb. Hang Seng şirkətinin səhmləri isə 1,2% ucuzlaşıb.

Çin mərkəzi bankının çərşənbə axşamı yuanın 2 % devalvasiya edilməsi barədə qərarı dünya bazarları üçün gözlənilməz olub. Yuanın ardınca digər regional valyutalar, o cümlədən Çinin aparıcı xammal tərəfdaşlarının valyutaları çöküb.

Çin Xalq Respublikasının ticarət nazirliyi devalvasiyanın Çin ixracatına dəstək vermək məqsədilə həyata keçirildiyini bəyan edib.

Ötən həftə dərc eilmiş məlumata əsasən, iyul ayı ərzində Çin ixracatı 8% düşüb. Bundan sonra investorların dünyanın ikinci iqtisadiyyatının sürətlə yavaşlaması ilə bağlı narahatlığını daha da artırıb./anspress/

 


Yuanın devalvasiya qrafiki


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar