Çin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü olan ölkələri ABŞ əleyhinə birləşməyə çağırıb.
Bildirək ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, Pekin bunu təşkilata ziyan vurulmaması və ABŞ prezidenti Donald Tramp tərəfindən elan edilmiş rüsumlara qarşı çıxmaq zərurəti ilə əsaslandırıb.
Bildirilir ki, Trampın ticarət siyasəti ÜTT-nin keçmiş rəhbəri Paskal Lami tərəfindən "orta əsrə aid" ticarət adlandırıb və beynəlxalq ictimaiyyətin hiddətinə səbəb olub.
Halbuki ABŞ-ın yeni hakimlərin barəsində vetosu ÜTT-nin hüquqi mübahisələrinin həllinə mane olur. Tramp polad və alüminiuma, habelə Çin mallarının idxalına rüsum tətbiq edib. Ağ Ev rəhbəri həmçinin ABŞ-la Çindən ticarət saldosunu azaltmaq üçün 100 mlrd. dollar tələb edir.
Çin səfiri Çjan Syançen ÜTT-yə bildirib ki, ABŞ-ın son addımı - Çin mallarının idxalına rüsum ÜTT prinsipləri ilə bir araya sığmır./Report/