Çin Trampın Honkonqa dair qanununu imzalamasına etiraz edib
28.11.2019 490 0.0 0

Çin ABŞ prezidenti Donald Tramp tərəfindən Honkonqda demokratiya və insan hüquqları barədə imzalanmasına qətiyyən qarşı çıxır.

"TASS"a istinadən verilən məlumata görə, bu barədə Çinin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Amerika tərəfindən Honqkonda demokratiya və insan hüquqları haqqında qanununun imzalanması Honkonqun və Çinin daxili işlərinə ciddi müdaxilədir, beynəlxalq hüququn və beynəlxalq münasibətlərin əsas normalarının ciddi şəkildə pozulmasıdır, həmçinin açıq-aşkar hegemonluqdur. Çin hökuməti və xalqı ciddi şəkildə etiraz edir".

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Honkonqda demokratiya və insan hüququları haqqında qanunu imzalayıb./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar