Çin Şimali Koreyaya qarşı sanksiyalara qoşulub
14.08.2017 613 0
Çin hakimiyyəti avqustun 15-dən Şimali Koreyadan idxal edilən daş kömür, dəniz məhsulları, dəmir, qurğuşun və mədən filizlərinə embaqro tətbiq edəcək.
TASS-a istinadən xəbər verilir ki, bu barədə Çinin Ticarət Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd edək ki, bu il avqustun 5-də BMT Təhlükəsizlik Şurası raket sınağına görə Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirib. Həmin sənəddə bu ölkədən daş kömür, dəmir, qurğuşun, dəniz məhsulları və başqa malların idxalı qadağan edilib.
ABŞ-ın uyğun qurumlarının hesablamasına görə, bu məhdudiyyətlər nəticəsində Şimali Koreyanın illik gəliri 3 milyard dollardan bir milyard dollaradək azala bilər./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər