Çin Şimali Koreyaya neft nəqlini məhdudlaşdıracaq
23.09.2017 545 0.0 0

Çin BMT Təhlükəsizlik Şurasının 2375 saylı qətnaməsinin icrası çərçivəsində oktyabrın 1-dən Şimali Koreyaya neft nəqlini məhdudlaşdıracaq.

"Report" xəbər verir ki, bu barədə Çinin Kommersiya Nazirliyinin press-relizində deyilir.

Məlumata əsasən, Çin KXDR-dən parça idxalına, həmçinin bu ölkəyə kondensant neftinin ixracına qadağa tətbiq edib.

Bundan əlavə, 1 oktyabr 2017-ci il tarixindən Şimali Koreyaya neft məhsullarının ixracına da məhdudiyyət tətbiq ediləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar