Çin sərhəddə qoşun yığdı
01.04.2015 672 0.0 0

Çin Silahlı Qüvvələrinin nəhəng hərbi qruplaşması Myanma sərhədinə cəmləşdirilib.

Məlumata görə, bu barədə Çinin "Sina" xəbər portalı məlumat yayıb.

Xəbərə görə, Çin Hərbi Hava Qüvvələrinin gücləndirilmiş qruplaşması Rusiya istehsalı olan Su 27, Çin istehsalı Tszyan 11 (Su 27-nin "klonu") və Tszyan 7 (onun prototipi Rusiyanın MiQ-21-dir) hərbi təyyarələri ilə təchiz edilib. Bu qrup mütəmadi olaraq Myanma sərhədləri boyu hərəkət edir.

Bundan əlavə, sərhədyanı ərazini "Kuntszin-200" uzaq mənzilli radiolokasiya təyyarələri patrul edir.

"Sina"nın xəbərinə görə, bu hərbi qruplaşma Çinin cənub-şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək qabiliyyətinə malikdir. Radiolokasiya sistemləri 400 metr radiusunda bütün hava hədəflərini aşkar və məh etməyə qadirdir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar