Çin iqtisadiyyatının 2017-ci ildə artım tempi 2010-cu ildən ilk dəfə sürətlənib və 6,9% təşkil edib.
"Bloomberg" agentliyinə istinadən xəbər verilir ki, bu məlumatı Çin Statistika Bürosu yayıb.
Məlumatda bildirilib ki, Çin iqtisadiyyatının 2016-cı ildə 6,7%-lik iqtisadi artım tempinin 2017-ci ildə sürətlənərək 6,9%-ə çatmasına səbəb ixracın genişlənməsi, büdcə gəlirlərinin artması, ev təsərrüfatlarının gəlirlərinin yüksəlməsi və korporativ mənfəətin artması amilləri ilə bağlı olub.
Qeyd edək ki, 2016-cı ildə Çin iqtisadiyyatı son 26 ilin ən minimal səviyyəsində artım göstərib.
Bununla yanaşı, bildirilir ki, 2017-ci ildə əsas kapitala investisiyalar 7,2% artasa da, bu, 18 ilin ən minimal artım tempidir.
Xatırladaq ki, IV rübdə Çin iqtisadiyyatı illik müqayisədə 6,8% artıb./Report/