Çin hərbi büdcəsini 8,1 faiz artıracaq
05.03.2018 783 0.0 0

Çinin hərbi büdcəsi 2018-ci ildə ötən illə müqayisədə 8,1 faiz artaraq 175 milyard ABŞ dolları təşkil edəcək

 

RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, bu barədə Ümumçin Xalq Nümayəndələri Yığıncağının sessiyasında hökumətin təqdim etdiyi məruzədə deyilir.

 

Sənədə görə, 2018-ci il üçün ÜDM artımı 6,5%-ə yaxın proqnozlaşdırılır. Eyni zamanda, hökumət cari ildə  büdcə kəsirini 0,4%, ÜDM-nin 2,6% -dək azaltmaq niyyətindədir.

 

Hesabatda həmçinin qeyd olunub ki, 2018-ci ildə Çində inflyasiya təxminən 3% artacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar