Çin evləri nüvə reaktoru ilə qızdıracaq
09.02.2018 754 0.0 0

"China General Nuclear Power Group" dövlət şirkəti və Tsinxua universiteti Çinin şimalında ölkədə ilk aşağı temperaturlu nüvə reaktorunun tətbiqi ilə istilik sistemi yaradacaqlar.

Məlumata görə, istilik sistemi evlərin və sənaye parklarının qızdırılması üçün istifadə oluna biləcək. İstilik sisteminin tikintisinə 2-3 il vaxt gedəcək.

İstilik üçün nüvə enerjisindən istifadəsi havanın çirklənməsi ilə mübarizədə kömək edə bilər. Bu problemdən daha çox Çinin şimal bölgələri əziyyət çəkir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar