Çin dünyanın ən iri bank sisteminə malikdir
06.03.2017 658 0
Çinin bank sistemi ilk dəfə olaraq Avrozonanın bank sistemini qabaqlayaraq dünyanın ən nəhəngi adını qazanıb. Məlumata görə, bu barədə "Financial Times" qəzeti öz hesablamalarına istinadən yazır.
Qəzetin iddiasına görə, bu, 2016-cı ilin sonunda üstələdiyi vaxt baş verib. Halbuki Çin iqtisadiyyatı Avrozonanın ÜDM-ni hələ 2011-ci ildə üstələyib. Bildirilir ki, 2016-cı ilin sonuna Çinin bank sektorunun aktivləri 33 trln. dollar təşkil edib ki, bu da Avrozonanın müvafiq göstəricisindən 2 trln. dollar çoxdur. Qeyd edək ki, ABŞ banklarının məcmu aktivlərinin həcmi 16 trln. dollardır.
Əlavə edək ki, Çinin bank sektorunun aktivləri ÜDM-dən 3,1 dəfə çoxdur. Avrozonada bu göstərici 2,8 təşkil edir./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər