Çin ABŞ istehsalı olan mallara cavab rüsumlar tətbiq edəcək
23.03.2018 759 0.0 0

Rəsmi Pekin ABŞ-ın Çin istehsalı olan mallara rüsumlar tətbiq etməsinə cavab tədbiri olaraq, Amerika mallarına idxal rüsumları tətbiq edəcək.

Qazeta.info  APA-ya istinadən xəbər verir ki, bu barədə Çinin ÜTT-dəki səfiri Çen Sənçen bildirib.  

 

Yerli KİV-lər qeyd edirlər ki, Çinin potensial cavab rüsumları ABŞ-ın yanvarda Çin istehsalı olan günəş batareyalarına rüsumların tətbiq etməsinə yönəlib.  

 

Çen Sənçen bildirib ki, Çin ABŞ-dan ÜTT-yə şikayət etmək niyyətindədir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar