Bu gün qızmar havada Avropa Oyunları çərçivəsində çimərlik futbolunun açılış sessiyası baş tutub. Oyunlar çərçivəsində Çimərlik Arenasında iki müxtəlif görüşdə İspaniya və Portuqaliya eyni dramatik nəticə göstəriblər. Portuqaliya ilk oyunda İsveçrəyə, İtaliya isə İspaniyaya uduzub.
Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, oyundan əlavə vaxt və dəqiq penalti zərbələri İspaniyanın oyununu İtaliya üzərində qələbə ilə başa çatdırmasına səbəb olub. Portuqaliya isə vvəlcə hesabda geridə qalsa da, sonradan hesabı artıraraq İsveçrəni 6-5 hesabı ilə məğlub edib. Bu matçda üç qırmızı kart göstərilib və üç penaltidən istifadə edilə bilməyib.
Dünyada üçüncü reytinqə malik olan və öz hücum stili ilə tanınan İsveçrə özündən zəif Portuqaliyanı heyfsləndirə bilməyib. Oyunun əvvəlində İsveçrə 2-0 və 4-2 hesabı ilə irəlidə idi. Amma rəqiblərin oyunçusu Nuno Belçiorun het-triki Portuqaliyalıları oyunda saxlayıb. Sona 4 dəqiqə qalmış hesab 5-5 olan zaman Belçior daha bir qol vurub və bununla da komandasını qalib edib.
İsveçrə omandasının ulduzu Noel Ott nəticədən təəssüfləndiyini bildirib:
Gərgin keçən digər matçda autsayder İtaliya birinci raundun başa çatmasına dörd dəqiqə qalmış öz ilk qolunu reallaşdırıb. Qolun müəllifi Emmanuel Zurlo olub.
Amma dünya beşincisi olan İspaniya bütün matç boyu ən yaxşı oyun sərgiləyib və taymın son üç dəqiqəsi ərzində bərabərlik yaradıb - ulduz oyunçu Lorens Qomeş qapı qarşısında özünü sərbəst hiss edib və bir neçə metrdən zərbə ilə hesabı 1-1 edib.
Əlavə vaxtda tərəflərdən heç biri qol vura bilmədiyindən, oyun cərimə zərbələri ilə davam edib. İspaniya qapıçısı Fransisko Cesus Donaire ilk təşəbbüsdə Dario Ramazottinin İtaliya üçün vurduğu zərbəni saxlayıb. İspaniya isə qalan iki zərbəsini reallaşdırıb və öz həlledici qələbəsini rəsmiləşdirib.
"Oyun yaxşı başlamışdı, birinci qolu vurmaq mənim üçün şərəf idi," deyə Zurlo bildirib. "Təəssüflər olsun ki, oyun biz istəyən kimi başa çatmadı. Penalti zərbələrində yalnız uğurlu komanda qalib gəlir."