«Charlie Hebdo» bu dəfə belçikalıları üzdü
30.03.2016 520 0.0 0

Qalmaqallı karikaturaları ilə bütün dünyada tanınan, həm də hiddətə səbəb olan Fransanın“Charlie Hebdo” jurnalı bu dəfə də etirazla qarşılanıb.

Məlumata görə, jurnalın növbəti buraxılışının üz qabığı Belçikada baş verən terror hadisəsinə həsr edilib.
 
Belçika bayrağı üzərində çəkilən belçikalı məşhur müğənni Stromae və onun “Ata, haradasan?” adlı mahnısından olan cümlə, kənarlarda səpələnmiş halda əl, qol, ayaq rəsmləri var.

Sözü gedən karikatura sosial mediada ciddi etirazla qarşılanıb. Mesajlarda "söz azadlığı kobudluq və hörmətsizlik etmək deyil”, - deyə fikirləri yazılıb.

 

Sözü gedən karikatura

Ötən həftə Belçikanın paytaxtı Brüsseldə 3 kamikadzenin özünü partlatması nəticəsində 32 nəfər ölüb, onlarla insan yaralanıb.
Daha əvvəllər jurnal Məhəmməd peyğəmbərin karikaturasını çəkməklə müsəlman dünyasının sərt təpkisi ilə qarşılaşıb.

 Yaydığı qalmaqallı karikaturalardan sonra 7 yanvar 2015-ci ildə “Charlie Hebdo”nun Fransanın paytaxtı Parisdəki binasına silahlı hücum edilib. Qanlı hadisə zamanı 12 nəfər həyatını itirib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar