Ceyms Uorlikin dəyişdirilməsi məsələsinə baxılır
12.12.2015 703 0
ATƏT-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi ilə məşğul olan Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin dəyişdirilməsi məsələsi nəzərdən keçirilir.
Qazeta.info bildirir ki, bunu Trend-ə diplomatik mənbələrdən deyiblər.
Qeyd edək ki, Azərbaycan tərəfi C.Uorlikin Dağlıq Qarabağ münaqişəsi üzrə fəaliyyətindən və bəyanatlarından dəfələrlə narazlığını bildirmişdi.
Onun Vaşinqtonda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimlə əlaqədar tədbirə qatılması və Karen Mirzəyan adlı şəxslə görüşməsi həmsədr kimi karyerasının başa çatmasında həlledici rol oynaya bilər.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər