Ceyms Uorlik prezidentlərin növbəti görüşündən danışdı
23.06.2016 786 0
“Vyana və Sankt-Peterburq görüşlərində əldə olunmuş müsbət məqamları inkişaf etdirmək üçün prezidentlər arasında növbəti görüşün təşkil olunması imkanlarını araşdırırıq”.
Bu sözləri açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
Onun sözlərinə görə, bununla bağlı hələlik konkret plan olmasa da, həmsədrlər tərəflərlə birlikdə yaxın gələcəkdə bunu həyata keçirəcəklər: "Hərtərəfli sülh sazişin elementləri, təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində stabilliyi genişləndirəcək tədbirlər istiqamətində irəliləyişin əldə olunmasını davam etdirmək tərəflər üçün çox vacibdir". /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər