Ceyms Uorlik 2016-cı ildə prezidentlər arasında dialoq planlarından danışıb
13.01.2016 500 0
"2016-cı ildə həmsədrlər prezidentlər arasında dialoqu gücləndirməyi planlaşdırır". Bu sözləri açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
Ceyms Uorlikin sözlərinə görə, eyni zamanda həmsədrlər Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə işləməyə davam edəcəklər: "Biz xarici işlər nazirləri ilə həll prosesi ilə bağlı təkliflər, təmas xətti və beynəlxalq sərhədlər boyunca gərginliyin artması riskini azaltmaq üçün tədbirlər və Dağlıq Qarabağ icmaları arasında dialoqun təşviqi istiqamətində işləməkdə davam edəcəyik”./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər