UEFA Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb.
Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə bu raundların cütlükləri bəlli olub.
Turnirin son qalibi olan İngiltərə "Çelsi"si 1/4 finalda İspaniya nəhəngi "Real Madrid"lə üz-üzə gələcək.
Püşkatma həmçinin final oyununun nominal meydan sahibi də bəlli olub.
Çempionlar Liqası
1/4 final
"Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya)
"Mançester Siti" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya)
"Vilyarreal" (İspaniya) - "Bavariya" (Almaniya)
"Benfika" (Portuqaliya) - "Liverpul" (İngiltərə)
Yarımfinal
1. "Mançester Siti" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) / "Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya)
2. "Benfika" (Portuqaliya) - "Liverpul" (İngiltərə) / "Vilyarreal" (İspaniya) - "Bavariya" (Almaniya)
Final
2-ci cütün qalibi - 1-ci cütün qalibi
Qeyd edək ki, 1/4 finalın ilk oyunları 5-6 apreldə, cavab qarşılaşmaları isə 12-13 apreldə gerçəkləşəcək. Yarımfinalın ilk görüşləri 26-27 apreldə, cavab qarşılaşmaları 3-4 mayda olacaq. Final mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da olacaq.